Ziyafət Əsgərov Rusiyada seçkiqabağı monitorinqdə iştirak edəcək

AZADİNFORM. Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, onlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

17.02.2018 15:38 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo