Əmanətçilərə 38 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini davam etdirir və 17 fevral 2018-ci il tarixinə qədər əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödəyib.

Azadinform xəbər verir ki, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "KapitalBank"-ın 26 filialında aparılır.

Kompensasiyaların ödənilməsi prosesi 1 fevral tarixindən başlanılıb və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.

17.02.2018 17:05 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo