ABŞ-ın neft ehtiyatları artır

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,8 milyon barrel (0,4 faiz) artaraq 422,1 milyon barrel olub.

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 2,8 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,9 milyon barrel çoxalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 400 min barrel artaraq 665,6 milyon barrelə yüksəlib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,6 milyon barrel (1,5 faiz) artaraq 249,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,4 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 4 min barrel azalaraq 7,89 milyon barrel olub. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 35 min barrel artaraq 1,32 milyon barrel təşkil edib.

17.02.2018 16:21 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo