Çində yanğın zamanı 9 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində yerləşən zibil toplama və istismar məntəqəsində güclü yanğın baş verib. İlkin məlumatlara görə, 9 nəfər ölüb.

Azadinform xəbər verir ki, hadisə fevralın 17-də Sinyuan şəhərində qeydə alınıb.

Yanğın zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanğının səbəblərini araşdırırlar. Polis artıq ilk şübhəlilərin tutulduğunu bildirib.

17.02.2018 14:16 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo