"Ərzaq təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülüb"

“Azərbaycanda Ərzaq Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”.

Məlumata görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi:

“Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”. (trend)

17.02.2018 13:40 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo