Ombudsman aparatının nümayəndələri hərbi hospitalda olublar

Eşqin Nuruşov/AZADİNFORM. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, qonaqlar hospitalın cərrahiyyə, terapiya, travmatologiya, nevrologiya, poliklinika şöbələrində hərbi qulluqçuların sağlamlıqları üçün yaradılan şəraitlə yaxından tanış olub, müalicə alan əsgər və zabitlərin sağlamlıq durumları, o cümlədən tibbi xidmətlə maraqlanıblar.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

17.02.2018 12:57 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo