Abşeronda ağır qəza - Ölən və xəsarət alan var

Eşqin Nuruşov/AZADİNFORM. Abşeron rayonunda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A. Ağayev hadisə yerində ölüb, Z. Rəcəbov xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

17.02.2018 13:20 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo