DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 30% artıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 226 mln. 088,3 min manat daxil olub.

Azadinform komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar ayı ilə müqayisədə 52 mln. 434,81 min manat və ya 30,20% artıb.

Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 18,90 min manat, aksizlər üzrə 6 mln. 780,70 min manat, yol vergisi üzrə isə 2 mln. 818,10 manat təşkil edib.

17.02.2018 13:12 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo