Parkdakı oturacaqların metal hissələrini oğurlayanlar saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisindəki parkların birindən oturacaqların metal hissələri sökülərək oğurlanıb.

Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli tutulub.

17.02.2018 13:05 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo