Lənkəranda evlərdən oğurluq edənlər saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Lənkəran Şəhər-Rayon Polis şöbəsi əməkdaşlarının şəhər ərazisində iki evdən baş vermiş oğurluqla əlaqədar keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.

Azadinform xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran Regional qrupu məlumat yayıb. Məlumata görə, şəhər sakinləri Anar Liftiyev və tanışı Farid Bəşirov Lənkəran şəhəri M.M.Axund küçəsindəki fərdi yaşayış evlərinin birinə gizli yolla daxil olaraq oradan 2000 manat dəyərində məişət əşyalarını oğurladıqları məlum olub.

Onların həmçinin şəhərin Z.Əliyeva küçəsindəki evlərin birindən 1500 manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən olunub.

Saxlanılan hər iki şəxs istintaqa təhvil verilib və oğurlanmış əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

17.02.2018 12:20 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo