Gəncə sakinindən narkotik götürülüb

Eşqin Nuruşov/AZADİNFORM. Gəncə şəhərinin Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Azadinform xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb. Məlumata görə, araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub.

Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd edək ki, E. Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digər şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

17.02.2018 12:00 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo