Dövlət başçısı Liviya rəhbərini təbrik edib

Samir Soltaov/AZADİNFORM. Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm".

16.02.2018 18:00 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo