Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək

Adəm Abbaslı/AZADİNFORM. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 23-də saat 11.00-da Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Azadinform-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

16.02.2018 17:30 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo