1-ci sinfə qəbul elektron qaydada həyata keçiriləcək

Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq.

Məlumata görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonun da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq. Onun sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq: “Valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər”. 

E. Əmrullayev qeyd edib ki , proses uğurlu olarsa, bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindirlər: “Biz bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin”. (trend)

16.02.2018 17:04 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo