Din və media münasibətlərinin kontekstindən danışıldı Etika Akademiyasında

AZADİNFORM. Etika Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” Sərəncamında “Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq” 5.2.31 maddəsini əsas tutaraq seminar təşkil edilib.

Akademiyadan Azadinform-a verilən məlumata görə, “Din media münasibətləri müasir internet resursları kontekstində” adlı seminarı aparmaq üçün millət vəkili, “Yeni Azərbaycan” qəzetinin rəhbəri, siyasi elmlər doktoru, professor, əməkdar jurnalist Hikmət Babaoğlu dəvət edilib.

Seminarda dinin ideoloji bir vasitə kimi dəyərlərin təbliğatında rolu və manipulyasiyanın sərhədi harda başlayır məqamlarına açıqlıq gətirildi.

Hikmət Bababoğlu qeyd edib ki, Azərbaycanda din mədəniyyətinin milli mənəvi mədəniyyətin daxilindən gəlir, milli dəyərlər üzərində qurulub və ölkəmizin rifahına xidmət etməlidir. Etika məşqçiləri mədəniyyəti, qlobal standartları minlərlə məktəblilərə, valideynə və gənc iş adamlarına aşılamaqdadır. Hər biri internet resurslarını ən vacib iş aləti qismində istifadə edir.

Hikmət Babaoğlu İnternet resurslarında dəyərlərin bəzi qüvvələr tərəfindən manipulyasiya halına gətirilməsi və istifadə edilməsi haqqında danışıb. Belə hallara qarşı etika məşqçilərini daha diqqətli olmağa, doğru münasibət bildirməyə çağırıb.

Bu gün milli kadrların ölkəmizə, dövlətimizi töhfəli xidməti üçün milli dəyərlərə sahib çıxmaqla dünya bazarına inteqrasiyası vacibdir. Bunun üçün Etika Akademiyası inkişaf proqramlarını aşılayır. Bakı Şəhər Təhsil İdarəsi ilə bağlanan birgə fəaliyyət müqaviləsi əsasında onlarla məktəb Etiket dərnəyinə, müəllimlər natiqlik və davranış qaydalarında yüksək standartların öyrənilməsinə cəlb edilir. Özəl biznes sektorunda çalışan iş adamları, gənc menecerlər, turizmdə xidmət verən insanlarımız dəyərlərin təbliğatında dünya bazarında böyük rol oynayır. Azərbaycan haqqında təəssüratın yaradılması ən kiçik elementlərdə belə təbliğ olunmalıdır.

Hikmət Babaoğlu ilə seminar xarakterli görüş informativ və uğurla tamamlanıb.

Bildirilir ki, millət vəkili ilə növbəti mövzu “Azərbaycanın mənəvi lideri Ulu öndər Heydər Əliyevin siyasi etiketdə nümunələri, töhfələri, tezisləri” olacaq.

Etika Akademiyasının heyətinin inkişafında ustad dərslərinin silsilələri davam edir.

16.02.2018 16:31 / Baxılıb: 768 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo