Tillersonun Türkiyə səfəri etirazla qarşılandı

Ləman Hüseynzadə / AZADİNFORM. ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfəri etiraza səbəb olub.

Azadinform xəbər verir ki, bir qrup şəxs etiraz məqsədi ilə Tillerson-Çavuşoğlu görüşünün keçirildiyi “Ankara Palas” önündə toplaşıb. Nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirib.

Etirazçılara polis müdaxilə edib və onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib. 2 nəfər isə həbs edilib.

Qeyd edək ki, “Ankara Palas”da Reks Tillersonla Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasındakı görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, ötən gün də Livanda dövlət sarayında ölkə başçısı Mişel Avnla görüşən Tillerson soyuq münasibətlə qarşılanıb.

16.02.2018 14:55 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo