Psixoloqlar "xoşbəxt insan"ın maaşını hesabladı

ABŞ-ın İndiana ştatında yerləşən Vircinia və Perdyu universitetlərinin psixoloqları dünya üzrə optimal gəlir miqdarını müəyyənləşdiriblər. Belə ki, ildə 95 min dollar bir nəfərin həyatdan tam məmnun qalmasına imkan verər, emosional bərabərlik üçün isə ildə 60-75 min dollar da bəs edər.

Azadinform "İnterfaks"a istinadən xəbər verir ki, müvafiq tədqiqat ABŞ-ın "Nature Human Behavior" jurnalında dərc edilib.

Eyni zamanda bu məsələdə coğrafi bölgü qaçılmazdır: xoşbəxtlik üçün avstraliyalılara 1 nəfər üçün ildə 125 min, Şimali Amerika sakinlərinə 105 min, Qərbi Avropa sakinlərinə 100 min dollar lazımdır. Şərqi Avropa (ildə 45 min dollar) və Cənubi Amerikada (ildə 35 min dollar) isə optimal səviyyə xeyli aşağıdır.

Alimlər "Gallup" konsaltinq şirkətinin dünyanın 164 ölkəsində 1,7 milyon insan üçün tərtib etdiyi dünya reytinqini təhlil ediblər və qazanc səviyyəsi ilə həyatdan məmnunluq səviyyəsini müqayisə ediblər. Müəlliflər iddia edirlər ki, gəlir optimal səviyyədən nə qədər çox olarsa, insan həyatdan bir o qədər az həzz alır.

Psixoloqlar belə qənaətə gəliblər ki, xoşbəxtliyin dönüş nöqtəsi var: nə qədər çox şeyə malik olsaq, bir o qədər çox şey istəyirik.

Eyni zamanda onların hesablamalarına əsasən, xoşbəxtlik kişilərə (ildə 90 min dollar) qadınlarla (ildə 100 min dollar) müqayisidə daha ucuz başa gəlir.

15.02.2018 19:06 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo