Avropa İttifaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır

Avropa İttifaq Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar artıq tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

“Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

14.02.2018 23:46 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo