ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən 2-si saxlanılıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib.

Məlumata görə, FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib. 

Milli Təhlükəsizlik Agentliyinin məlumatına görə, Agentliyin Fort Mid şəhərindəki (Merilend ştatı) ərazisinə icazəsiz olaraq avtomobil girməyə cəhd edib. Agentlikdən ərazisində atışmanın baş verdiyini təsdiqləsə də, insidentin təfərrüatları barədə hələ ki, açıqlama yaymayıb. 

Bundan əvvəl ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma olduğu, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi. 

14.02.2018 23:25 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo