İsrail erməni soyqırımını tanımaqdan imtina etdi

Bu gün İsrail Knesseti qondarma “erməni soyqırımı”nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Azadinform-un məlumatına görə, bu barədə “Jerusalem post” xəbər verib.

"Knesset “Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü  erməni soyqırımı  layihəsini rədd edib” məlumatda deyilir.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki,  “soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını  və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq. 

14.02.2018 23:11 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo