Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyi tərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.

Azadinform-un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.

“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların  hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, deyə nazir vurğulayıb. 

14.02.2018 22:21 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo