AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub.

Azadinform-un xəbərinə görə, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətlə bağlı müsabiqə təşkil edilib. Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən 22 iş təqdim edilib.

Rəyasət Heyətinin qərarına əsasən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov mükafata layiq görülüblər.

14.02.2018 21:05 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo