Türkiyədəki prospektə "Zeytun budağı" adı verilib

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib. 

Azadinform "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub. 

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq. 

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib. 

14.02.2018 20:48 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo