AMB-nin notlarına tələb təklifi 3,5 dəfə üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100767S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform Banka istinadən xəbər verir ki, hərraca 18 investor qiyməti 99,3812 manat (8,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 239 800 manat təşkil edib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 200 mln. manat olub.

Notların ödəmə tarixi 14 mart 2018-ci ildir.

14.02.2018 20:09 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo