Çin korporasiyası "Atletiko" klubundakı səhmlərini satır

Ciddi maliyyə çətinlikləri ilə üzləşən Çinin "Wanda" korporasiyası İspaniyanın "Atletiko" futbol klubundakı səhmlərini satacaq.

Azadinform-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səhmlərin 17 faizini Madrid təmsilçisinin digər sahibi "Quantum Pacific" alacaq. İsrail şirkətinin hazırkı payı 15 faizdir. Yeni anlaşmanın məbləği açıqlanmır.

Sövdələşmənin başa çatdırılması üçün İspaniya hökuməti tərəfindən razılıq verilməsi lazımdır. Bununla belə, "Wanda" "Atletiko"nun sponsoru kimi qalacaq. Klubun stadionu isə "Wanda Metropolitano" adını qoruyacaq.

Qeyd edək ki, “Atletiko” 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində “Land of Fire Azerbaijan” yazılı formalarla çıxıb.

14.02.2018 19:43 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo