CAR prezidenti istefa verməkdən imtina edib

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma istefa verməkdən imtina edib.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, Afrika Milli Konqresi (ANC) iqtidar partiyası fevralın 13-də dövlət başçısına könüllü şəkildə istefaya getmək üçün 48 saat vaxt vermişdi.

Ancaq prezidentdən cavab gəlməyincə partiyadan fevralın 15-də parlamentdə C.Zumaya etibar etməməklə bağlı səs çoxluğu toplayaraq ölkənin hazırkı vitse-prezidenti Siril Ramafosu onun xələfi seçməyə çalışacaqlarını açıqlayıblar.

"Xeyr, istefa vermirəm", - deyə prezident SABC telekanalına açıqlamasında bildirib. O eyni zamanda parlamentin qərarına tabe olacağını əlavə edib.

Qeyd edək ki, C.Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.

14.02.2018 19:07 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo