Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral ilə görüşüb.

Bu barədə Azadinform-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı həmçinin bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olunub. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

14.02.2018 19:16 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo