TANAP layihəsi üzrə işlərin təxminən 92 faizi icra edilib

Samir Soltanov/AZADİNFORM. Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin təxminən 92 faizi icra edilib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “SOCAR Midstream Operations”ın direktoru Fuad Əhmədov deyib. O bildirib ki, Cənub Qaz Dəhlizinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP seqmentlərində tikinti işləri bu il ərzində tamamlanacaq. 
F. Əhmədov layihə çərçivəsində çıxarılacaq ilk təbii qazın yeni boru kəməri ilə bu il ərzində Türkiyəyə çatdırılacağını bildirib: “Layihənin dördüncü seqmenti olan TAP qaz boru kəmərinin inşası isə 2020-ci ildə tamamlanacaq və təbii qaz bu xətlə Avropaya göndəriləcək”.

14.02.2018 18:53 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo