Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək

Samir Soltanov/AZADİNFORM. Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək. Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən təqdimatda məlumat verilib. 
Təqdimatda Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib. 
Qeyd edilib ki, layihəyə uyğun olaraq, Cocuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Layihə çərçivəsində, həmçinin 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, şitil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Həmçinin, layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq. Layihə reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsulların "Cocuq Mərcanlı" loqosu ilə satışa çıxarılacaq.

14.02.2018 18:33 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo