Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Dövlət başçısı İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

14.02.2018 18:13 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
    21.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo