Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar olub

Samir Soltanov/AZADİNFORM. 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub. 

Azadinform xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. 

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. 
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

14.02.2018 17:43 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo