Azərbaycan türkləri yaşayan ərazilər terrorçulardan azad ediləcək Çavuşoğlu

Ləman Hüseynzadə / AZADİNFORM. “İraqın PKK/YPG-dən və digər terror təşkilatlarından təmizlənməsi çox vacibdir”.

Azadinform xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, bu terror təşkilatları İraqdan silinəcək: “Qəndil əməliyyatlarına başlamaq lazımdır. Qəndillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincarda da əməliyyatlar olmalıdır. Bu, İraq üçün də, bizim üçün də çox vacibdir. Harada terrorçu varsa, oranı təmizləyəcəyik. Necə öz dağlarımızda, şəhərlərimizdə antiterror əməliyyatları apardıq, eləcə də İraqda aparacağıq”.

Qeyd edək ki, Azərbaycan türkləri olan türkmanların yaşadığı Kərkük şəhəri davamlı olaraq terrorçuların hücumlarına məruz qalır.

14.02.2018 17:20 / Baxılıb: 365 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo