MSK beynəlxalq qurumları, diplomatik nümayəndələri seçkini izləməyə dəvət edib

“Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl edilməsi tələbi dairə seçki komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası (MSK) məsələni diqqətdə saxlamalıdır”. 

Məlumata görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M. Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası bu məsələni xüsusi diqqətdə saxlayacaq: “Mən ümumi seçki prosesini nəzərdə tuturam. Seçkinin nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunana qədər onlar MSK-nın nəzarətində olacaqlar. Hansısa icra nümayəndəsi, komissiya üzvü, vəzifədən kənar şəxslər Seçki Məcəlləsinin qərarları ilə bağlı hansısa xoşagəlməz hala yol verməməlidir. Biz bunu MSK-nın mövqeyi kimi bildirməliyik. MSK bütün beynəlxalq qurumları, diplomatik nümayəndələri seçki prosesini izləməyə dəvət edib. Onları maraqlandıran hansısa məsələlər varsa, qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara cavab verməliyik”. 
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. (trend)

14.02.2018 16:52 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo