Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olundu - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha bir  küçədə aparılan əsaslı təmir işləri yekunlaşdırılıb. Söhbət 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. 

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılıb. Hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılmaqla və yolun üfiqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

 

14.02.2018 16:45 / Baxılıb: 383 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.02.2018
19.02.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo