İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqləndi - MSK-da

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Məlumata görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. (Trend)

14.02.2018 16:40 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo