Yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda

Adəm Abbaslı/AZADİNFORM. Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Azadinform-a verilən məlumata görə, bu gün Dünya Güləş Birliyinin mənzil-qərargahında yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

14.02.2018 14:59 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo