Nazir Aİ ilə danışıqların növbəti mərhələsinin tarixini açıqlayıb

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycanla Avropa İttifaqı arasında strateji partnyorluğa dair danışıqların növbəti mərhələsi ilin birinci rübünün sonunda və ya ikinci rübünün əvvəlində aparılacaq.

Azadinform xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Ria-Novosti agentliyinə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan və Aİ arasında aparılan danışıqlar konstruktivdir və qarşılıqlı anlaşmaya əsaslanır. Onun sözlərinə görə, yeni razılaşmanın hazırlanmasına heç bir maneə yoxdur, lakin ticarət məsələlərində baxışlar fərqlidir: “Azərbaycan ÜTT üzvü olmadığı üçün tariflər və subsidiyalarla bağlı da yanaşmalarda fərq var”.

14.02.2018 13:40 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo