Şeyx axund və imamlara göstəriş verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib.

Məlumata görə, Şeyxülislam bu gün idarədə din xadimləri ilə keçirilən görüşdə bildirib ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul etdiyi müraciət bu həftənin cümə günü xütbə zamanı xalqa çatdırılmalıdır: "Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq". (Apa)

14.02.2018 13:10 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo