Türkiyənin Ülke TV kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı süjet hazırlayıb Video

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

Azadinform xəbər verir ki, süjet Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi önəmli fikirlərdən və prezidentlik dövründə gördüyü işlərin əhəmiyyətindən bəhs edir. 

Qeyd edilir ki, Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə prezident seçilmiş və gördüyü işlər hər zaman dünya ölkələri tərəfindən diqqəti cəlb edib. 

Süjetdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə etdiyi vurğulanır. Əlavə olunur ki, müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafına böyük önəm verdiyi, on dörd il ərzində Azərbaycan iqtisadiyyatının üç dəfə artdığı, işsizlik səviyyəsinin 5 faizə düşdüyü, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artdığı bildirilir. Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyevin verdiyi tarixi mesajlar da diqqətə çatdırılıb. 

Sonda qeyd edilib ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində seçki qutusundan çıxarılan nəticələr əsasında İlham Əliyevin zəfər qazanacağına böyük inam var.

Qeyd edək ki, həmin süjetə aşağıdakı linkə (01:34:35) daxil olaraq izləyə bilərsiniz:

 

http://www.izle7.com/ulketv/izle-23055-ulke-ana-haber-13-subat-2018.html

14.02.2018 12:35 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo