| |||||
ABŞ Ermənistana sanksiya tətbiq edəcək?Leyla Məhərrəmova / AZADİNFORM. ABŞ Ermənistanı Rusiyanın hərbi sənaye şirkətləri ilə “əhəmiyyətli sazişlər” imzalayacağı halda, sanksiyaların hədəfi olacağı barədə məlumatlandırıb. Azadinform xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb. Qeyd edilib ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyi qəzetə açıqlama verib: “Bəzi dövlət və özəl şirkətlərə bildirmişik ki, siyahıda olan Rusiya şirkətləri ilə saziş əldə edənlərə qarşı sanksiya tətbiq edə bilərik. Biz sanksiyaları əvvəlcədən müzakirə etmirik. Əgər sanksiya tətbiq edilirsə, bunu elan edirik”.
14.02.2018 12:20 / Baxılıb: 178 /
Bu bölmədə ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |