Ərdoğanın Osmanlı şilləsi açıqlamasına ABŞ münasibət bildirdi

Samir Soltanov/AZADİNFORM. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın işlətdiyi “Onlar hələ Osmanlı şilləsi görməyiblər” ifadəsinə ABŞ-ın xarici işlər nazirinin sözçüsü Heather Nauert münasibət bildirib. 

Azadinform xəbər verir ki, XİN sözçüsü yaxın zamanlarda Reks Tillersonun Türkiyəyə gedəcəyini və orada dövlət rəsmiləri ilə görüşəcəyini bildirib: “Əsasən Afrində qarşıdurmaların gərginləşməsi ilə bağlı məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq. Biz o bölgədə fəaliyyət göstərmirik. Buna baxmayaraq, yenə də narahatıq. NATO müttəfiqi olan Türkiyənin sərhədlərinin təhlükəsizliyi üçün narahatlığını başa düşürük. Amma, biz də Suriyanın qərb hissəsinin təhlükəsizliyi ilə bağlı narahatıq. Koalisiya ortaqlarımızla birgə bu ərazidə İŞİD-in yenidən fəaliyyət göstərməsinin qarşısını almağa çalışırıq. Məqsədimiz insanların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir”.

XİN sözçüsü bildirib ki, Türkiyənin ABŞ-a qarşı işlətdiyi sərt ifadələrdən incimirik: “Bu cür ifadələrə alışmışıq. İstər Türkiyə hökumətindən, istərsə də başqa dövlətdən belə sərt mesajlar gəldikdə əsəbləşmirik. Hətta, bizə qarşı sosial şəbəkələrdən də sərt tənqidlər gəlir. Biz siyasətimizi apararkən bunlara fikir vermirik”.

14.02.2018 11:50 / Baxılıb: 907 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo