Şeyx: Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

Adəm Abbaslı/AZADİNFORM. "Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".

Azadinform xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçkiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.

A.Paşazadə bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə edilib.

Şeyxülislam vurğulayıb ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur".

14.02.2018 11:40 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo