"Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək"

Adəm Abbaslı/AZADİNFORM. Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək. Buna görə də Azərbaycan sahibkarları prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Azadinform xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda deyib.

Konfederasiyanın prezidenti bildirib ki, dövlətimizin başçısının siyasətinə həmişə sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə də keyfiyyətcə öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcək.

“Bütün bunları nəzərə alaraq, çoxminlik Azərbaycan sahibkarları adından cari il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyimizi bildirmək istəyirəm”, - deyə M.Musayev vurğulayıb.

14.02.2018 11:24 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo