Ermənistan sayağı demokratiya: Armen Sərkisyan prezident seçilmədən inauqurasiyaya hazırlaşır

AZADİNFORM. “Ermənistanda seçki proseslərinin özünəməxsus gedişatı var. Hər cür qanun pozuntuları baş verir. Amma yekunda Qərb bunu demokratik seçki kimi dəyərləndirir. Dəfələrlə baş vermiş bu hadisə hal-hazırda yenidən təkrarlanır”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, Ermənistanın indiki prezidenti Serj Sərkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezident təyin etmək istəyir. Bunun üçün onu yanına çağırıb, fikrini açıqladı. A.Sərkisyan müxtəlif görüşlər keçirdikdən sonra cavab verəcəyini bildirdi.

Politoloqun fikrincə, S.Sərkisyanın A.Sərkisyanın prezident təyin etməkdə məqsədi anti-Rusiyaçılıq istiqamətində növbəti addımını nümayiş etdirməyə hazır olduğunu göstərməkdir: “Bu ayrı mövzudur. Amma A.Sərkisyanın davranışı isə qəribə məsələlər üzə çıxarıb. Prezident S.Sərkisyanla görüşdən sonra Armen Sərkisyan bir müddət gözə görünmədi. Sonra Britaniyada olduğu bəlləndi. Az keçmiş Ermənistana qayıtdı, elm adamları ilə görüşlər keçirdi”. 

M. Əhmədoğlu vurğulayıb ki, Moskvada ermənilərin  çoxsaylı və onların mövqeyinin daha həssas olmasına baxmayaraq A.Sərkisyan cəmi bir neçə saata Moskvada oldu. Oradan Maltaya səfər etdi: “Maltada erməni icmasının mövcudluğu və bu icmanın dünya erməniliyindəki rolu barədə heç kəsin məlumatı yoxdur.  A.Sərkisyan Britaniyada şahzadə Çarlzla görüşüb, onu özünün inauqurasiya mərasiminə dəvət etdi”.

Politoloq vurğulayıb ki , A.Sərkisyan üçün prezident seçilməsi baş tutmuş faktdır. Uzun müddət Britaniyada demokratik mühitdə yaşamış erməninin demokratiyaya münasibəti belədir: “Əslində, Ermənistanda demokratiyanın olmamasının günahı Ermənistana “demokratiya kağızı” vermiş Qərbdədir. Məhz bununla da Qərb bütövlükdə Cənubi Qafqaz regionunda demokratiyanın bu günü və gələcəyinə böyük zərbələr vurur”.

14.02.2018 10:50 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo