Caspian Asian Club-a baş icraçı direktor təyin olunub

Samir Soltanov/AZADİNFORM. Samir Hacıyev Caspian Asian Club-un baş icraçı direktoru vəzifəsinə təyin edilib. 

Azadinform xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. Telman Əliyev qeyd edib ki, S. Hacıyev son iki ildə Caspian European Club-un hüquq komitəsinə uğurla rəhbərlik edib.  

Samir Hacıyev 2000-ci ildə “Təfəkkür” Universitetində hüquq ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə London Sığorta İnstitutunun sertifikatını alıb, 2006-cı ildə “Beynəlxalq hüquq və hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. S. Hacıyev peşəkar karyerası dövründə müxtəlif sığorta şirkətlərində və beynəlxalq hüquq firmalarında rəhbər vəzifələri tutub. Hazırda PwC Azerbaijan hüquq praktikasının direktoru və rəhbəridir. Ailəlidir, iki övladı var.  

14.02.2018 10:38 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo