Nazir Salyanda vətəndaş qəbulu keçirəcək

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 22-də Salyanda vətəndaşların qəbulunu keçirəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli 126) keçiriləcək qəbulda Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.

14.02.2018 10:00 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo