ÇL 1/8 final mərhələsinin ilk iki oyunu - NƏTİCƏLƏR

Adəm Abbaslı/AZADİNFORM. Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb.

Azadinform xəbər verir ki, mərhələnin ilk iki oyunu keçirilib.

ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.


Çempionlar Liqası


1/8 final mərhələsi, ilk oyunlar


13 fevral


“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

 

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

14.02.2018 09:05 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
    19.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo