Hakerlər İngiltərə hökumətinin resurslarına hücum etdi

İngiltərənin məlumatlar təhlükəsizliyi üzrə idarəetmə və digər resursları kriptovalyuta hakerləri tərəfindən kiberhücuma məruz qalıblar.

Azadinform xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Skott Helme dövlət saytları da daxil olmaqla ümumilikdə 4 minə yaxın saytın bu kiberhücumdan zərər çəkdiyini bildirib.

Öz tanışlarından birinin sürətli reaksiyası sayəsində Helme kiberhücumun mənbəyini təyin edə bilib. Belə ki, kiberhücumun mənbəyi “Browsealoud” saytı olub. Hakerlər həmin saytı kriptovalyuta mayninqi üçün istifadə ediblər. “Coinhive” adlı mayninq virus yoluxmuş kompüterdə hər dəfə brauzerin işə salınması zaman prosesə start verirdi. Zərərli kod isə artıq deaktivləşdirilib:

“Bu çox sərfəli plandır. Onlar bir saytı yoluxdururlar. Həmin yoluxmuş sayt isə digər 5000 saytı yoluxdurur. Bu çox ciddi qanun pozuntusudur. Onlar insanların şəxsi məlumatlarını oğurlaya və ya onların kompüterlərinə zərərli proqram təminatı yükləyə bilərdilər”, - deyə Helme vurğulayıb.

Onun apardığı analiz nəticəsində məlum olub ki, virus 4 saat ərzində şəbəkədə olub. Lakin sonradan “Browsealoud” saytına sahib “Texthelp” şirkəti bu məsələ ilə bağlı tədbir görməyə başlayıb. Lakin hakerlərin dövlət saytlarına hücum edərək hansı vəsaitdə kriptovalyuta mayninq etdikləri məlum deyil.

13.02.2018 23:58 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo