Tramp Administrasiyası hərbi büdcəni artırmağı təklif edir

Donald Tramp Administrasiyası elan edib ki, 2019-cu ildə müdafiə xərcləri üçün 686 milyard dollar tələb edib.

Azadinform xəbər verir ki, bu, 2011-ci ildən etibarən hərbi büdcə üçün nəzərdə tutulan ən böyük məbləğdir. Maliyyələşdirmə ABŞ Silahlı Qüvvələrinin hazırlığında boşluqları doldurmaq məqsədi daşıyır.

686 milyard dollarlıq tələb əməliyyat büdcəsinin 617 milyard dollar məbləğində baza hissəsini, habelə xarici ölkələrdə, o cümlədən Əfqanıstan, İraq, Suriya və Avropada hərbi əməliyyatlar üçün 69 milyard dolları əhatə edir. Bundan əlavə, Administrasiya ABŞ Energetika Nazirliyinin nüvə proqramı üçün 30 milyard dollar tələb edib ki, bu da milli təhlükəsizlik üçün tələb olunan büdcəni ümumən 716 milyard dollara çatdırır.

ABŞ Prezidenti D.Tramp bununla bağlı bəyanatında deyib: “Silahlı qüvvələrimiz tamamilə gücdən düşüb, amma bizim əvvəlkindən qat-qat güclü silahlı qüvvələrimiz olacaq”.

13.02.2018 23:24 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo