Misir Prezidenti Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 13-də Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Bu barədə Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radi məlumat verib.

Azadinform xəbər verir ki, Misir Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. O, Misirin Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə daha da möhkəmləndirməyə tərəfdar olduğunu bildirib.

S.Narışkin regionda sülhün və sabitliyin bərqərar edilməsi prosesinin ən mühüm iştirakçılarından biri kimi Misirin rolunu qeyd edərək, xüsusilə terrorizmin regiona və bütün dünyaya təhlükə olduğu bir vaxtda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

B.Radinin sözlərinə görə, tərəflər terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Prezident Əbdülfəttah əs-Sisi xüsusi vurğulayıb ki, terrorizmi tamamilə aradan qaldırmaq üçün beynəlxalq birliyin səylərini birləşdirmək, bu zaman ayrı-ayrı terrorçu qruplaşmalar arasında fərq qoymamaq lazımdır.

Görüşdə Yaxın Şərq böhranının ayrı-ayrı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün saxlanılması şərti ilə nizamlanması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

13.02.2018 23:11 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo